Afrika Millətlər Kubokunda bürünc medalçı bəlli oldu - 24 ildən sonra

Cənubi Afrika Respublikasının (CAR) futbol millisi Afrika Millətlər Kubokunda 3-cü yer uğrunda qarşılaşmada Konqo Demokratik Respublikasına qalib gəlib.

Presssport.az xəbər verir ki, matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında cənubi afrikalılar daha güclü olub - 6:5.

Bununla da CAR yığması 2000-ci ildən sonra ilk dəfə "3-lük"də olaraq, onda olduğu kimi, bürünc medalçı olub. Bu milli 1998-ci ildə gümüş, 1996-cı ildə qızıl medal qazanlıb.

Afrika Millətlər Kuboku ev sahibləri - Fil Dişi Sahilinin Nigeriya ilə bugünkü final oyunu ilə başa çatacaq. Sonuncu dəfə 2022-ci ildə keçirilmiş turnirdə Seneqal yığması qalib gəlib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC