Vüqar Əsgərli Minsk turnirinin faydasından danışdı: "Ordakı klublar bir neçə futbolçumuzla maraqlandılar"

“Qrup mərhələsində 2 gündə 3 oyun keçirdik. Bunun ilk 2-də inamlı qələbələr qazanmaqla qrupdan çıxmağı təmin etmişdik. Bu üzdən BATE-ylə son görüşdə az oynayan futbolçulara şans vermişdik. Əsas bu idi ki, futbolçularımız təcrübə qazansın. Çalışırdıq ki, hamısına oynamaq şansı verək”. Bu fikirləri Presssport.az-a açıqlamasında “Qarabağ”ın U-15 komandasının baş məşqçisi Vüqar Əsgərli deyib.

Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində ölkəmizi təmsil etmiş “köhlən atlar” yekunda 5-ci olub. Əsgərlinin fikrincə, belə turnirlərin olması yeniyetmə futbolçuların inkişafı üçün çox yaxşıdı: “Yekun nəticədə 5-ci olsaq da, yalnız bir oyunda məğlub olduq - o da oyunsonrası penaltilər seriyasında. Düzdür, nəticə o qədər də vacib deyildi, əsas budu ki, futbolçular verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Və deyərdim ki, bu, alındı”.

Ağdam klubunun futbolçusu Əli Bəşirov Minskdə fərdi mükafata layiq görülüb. Belə, ilk matçda çox baxımlı qola mza atan Bəşirov turnirin ən yaxşı yarımmüdafiəçisi seçilib: "Əli 2010-ci il təvəllüdlüdü. O, özündən 1 yaş böyüklərlə oynayırdı. Çox istedadlı futbolçudu. Gələcəkdə yaxşı futboçu ola bilər".

Əsgərli onu da vurğulayıb ki, əskər futbolçuları oyunlarıyla ordakı klubların diqqətini çəkib: “Bu, tək bir yox, bir neçə futbolçu idi, çoxuyla maraqlanırdılar. Deyirdilər ki, neçə vaxtdı futbola gəliblər, neçə vaxtdı sizdədirlər, nə qədər müqavilələri var. Konkret ad deməyək, bu, uşaqlara təsir göstər bilər. Amma futbolçularımızdan bir neçəsi vardı ki, klublara maraqlı idilər. Əsas odur bu turnirdə gördük futbolçularımızda nə zəif cəhətlər var ki, onun üzərində işləməliyik. Bu baxımdan bizim üçün çox faydalı turnir oldu. Belə turnirdə ilk dəfə idi uşaqlar iştirak edirdi. Düzdür, Türkiyədə olmuşdular. Amma bu turnirin səviyyəsi, təşkilatçılığı yüksək səviyyədə idi”.


 

 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC