Braziliya futbol yığması Paris-2024-dən kənar qaldı

Futbol üzrə Braziliya olimpiya yığması Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına Cənubi Amerika seçmə turnirinin qrup mərhələsinin 3-cü turunda Argentina millisinə uduzub.

Presssport.az xəbər verir ki, qarşılaşma argentinalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “sambaçılar” öz qrupunda 3 oyundan 3 xalla 3-cü yerdə qərarlaşıb və olimpiadaya vəsiqə şansını itirib. Argentina millisi isə öz növbəsində qrupda 1-ci yeri tutur və Paris-2024-ə vəsiqəni təmin edib.

Xatırladaq ki, Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC