Azərbaycan sablyaçılarından və şpaqaçısından bürünc medal

Azərbaycanın yeniyetmə oğlan sablyaçıları Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən "European Cadet Circuit" turnirində komanda hesabında 3-cü olublar.

Presssport.az xəbər verir ki, püşkatmaya əsasən mübarizəyə ən güclü səkkizlikdən start verən Rəsul Əliyev, Abbas Hüseynov, Nahid Məmmədli və Timur Husnaddinovdan ibarət komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Çexiya yığmasını 45:42 hesabı ilə məğlub edib.

Komandamız finalın bir addımlığında turnirin qalibi Almaniya seçmə kollektivinə 40:45 hesabı ilə uduzub.

Yeniyetmə şpaqaçımız Xədicə Həsənli isə Polşanın Krakov şəhərində keçirilən “Cadet Circuit” turnirində 200 iştirakçı arasında 3-cü olaraq gümüş medal qazanıb. Xədicə yarımfinala gedən yolda Estoniya, Böyük Britaniya, Polşa, Ukrayna, Çexiya qılıncoynadanlarına qalib gəlib.

Şpaqaçımız finalın bir addımlığında turnirin qalibi, Ukrayna təmsilçisi Mariya Seredaya 13:15 hesabı ilə uduzub.

Xədicə Həsənli, Aynur Quliyeva, Xatun Bayramova və Nəzrin Mehdiyevadan ibarət yeniyetmə şpaqaçı qızlardan ibarət millimiz komanda yarışında ilk görüşündə Polşa yığmasına 45:37 hesabı ilə qalib gəlsə də, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Çexiya seçmə kollektivinə 31:45 hesabı ilə məğlub olub.

Abbas Səmədli, Emin Səfərbəyov, Mirxətai Məmmədov və Vahab Fətullayevdən ibarət yeniyetmə oğlan şpaqaçılarımız isə ilk görüşdə İtaliya yığmasına 38:45 hesabı ilə uduzub.

Məşqçimiz Samirə Hüseynova yeniyetmə oğlan şpaqaçıların yarışında final qarşılaşmasını idarə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC