Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürəcək.

Presssport.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə finalçılar müəyyənləşəcək. Görüşlər Bakı vaxtı ilə 12:30-da başlayacaq.

Rəşad Məmmədov (55 kq) 1/4 finalda rumıniyalı Denis Mihayla güləşəcək.

Murad Məmmədov (63 kq) 1/8 finalda danimarkalı Brian Santyaqonu sınağa çəkəcək.

Sənan Süleymanov (77 kq) 1/8 finalda Şuay Mamedov (AİN) – İdris İbayev (Almaniya) görüşünün qalibiylə mübarizə aparacaq.

İslam Abbasov (87 kq) 1/8 finalda Ramon Betşart (İsveçrə) – Şimon Şimonoviç (Polşa) qarşılaşmasının qalibiylə üz-üzə gələcək.

Beka Kandelaki (130 kq) 1/8 finalda finlandiyalı Konsta Maenpaeae ilə güləşəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC