Xabi Alonso "Bayer"dən getməyəcək - buna əminlik ifadə olundu

"Bayer"in idman direktoru Simon Rolfes ispaniyalı baş məşqçisi Xabi Alonsonun yaxın gələcəkdə klubu tərk etməyəcəyinə əmindi.

Presssport.az xəbər verir ki, Almaniya klubunun rəsmisinin gündəmdə olan məsələ haqda şərhi belə olub: "Bəli, əminəm ki, Alonso “Bayer”də qalacaq. Səbəblərdən biri də müqavilədir. Digəri isə onun və ailəsinin Leverkuzendə özlərini rahat hiss etməsidir. O, bu klubda onun nəyə sahib olduğunu bilir. Onun da çox yaxşı komandası, parlaq perspektivləri var. Tərkibində hər hansı dəyişiklik gözlənilmir. Gələn il mütləq yüksək səviyyəli komandamız olacaq".

Xatırladaq ki, 43 yaşlı Alonsonun yayda “Liverpul”a baş məşqçi təyin olunacağı gözlənilir.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC