"Qəbələ" uduzmadığı Tovuz səfərində

“Qəbələ” Premyer Liqanın 22-ci turunda “Turan Tovuz”la qarşılaşacaq. 

Presssport.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçiriləcək matç iki komanda arasında 8-ci duel olacaq.

Rəqiblər bunadək 6 dəfə çempionat və 1 dəfə kubokda üz-üzə gəliblər. 

Əvvəlki qarşılaşmalarda “qırmızı-qaralar” üstünlüyə malikdir. Hesabında 3 qələbə olan “Qəbələ” 3 heç-heçə edib və yalnız bir dəfə uduzub. 12 qol vuran komanda 5 top buraxıb. Bilel Auaşeriya 3, Rafael Utziq və Osama Xalayla 2 dəfə “Turan Tovuz”un qapısına qol vurub.

Çempionatdakı 6 qarşılaşmada “Qəbələ” iki, “Turan Tovuz” isə 1 dəfə qalib gəlib. Üç görüşdə heç-heçə qeydə alınıb. 10 qol vuran “Qəbələ” 5 top buraxıb.

Dördüncü dəfə “Turan Tovuz”un qonağı olacaq “Qəbələ” səfərdə uduzmayıb. İki dəfə qalib gələn “qırmızı-qaralar” iki dueldən sülhlə ayrılıb. Komanda səfərdə 7 qol vurub və 3-nü buraxıb.

Xatırladaq ki, sabah Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyunu saat 15:00-da başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC