Rahil Məmmədov Polşa çempionatında debüt etdi

Millimizin futbolçusu Rahil Məmmədovun çıxış etdiyi LKS Polşa çempionatında 19-cu turun oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda mövsümün ikinci yarısının ilk matçında "Korona Kelçse"nin qonağı olub. 

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Rahil sonadək oynayıb.

Bu nəticədən sonra LKS 10 xalla sonuncu - 18-cidi.

Xatırladaq ki, yanvarda "Qarabağ"dan Polşa klubuna keçən Məmmədovla 1.5 illik müqavilə imzalanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC