"Bu qələbə, bu oyun bizə lazım idi" - Bağırov

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 22-ci turunda öz meydanında "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyunun onun üçün çox maraqlı keçdiyini deyib: "Qol epizodlarımız oldu. Sona qədər səbrli müdafiə olunduq və istədiyimiz qolu son dəqiqələrdə tapdıq. Uşaqları təbrik edirəm. Bu qələbə, bu oyun bizə lazım idi. Futbolçular öz güclərinə inanmalı idilər. Bu qələbə ilə çox şeyləri geri qaytara bildik. "Neftçi"yə gələcək oyunlarda uğurlar arzulayıram".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC