Almaniyadakı reytinq xarakterli turnirdə 4 paracüdoçumuz iştirak edəcək

Almaniyanın Heydelberq şəhərində keçiriləcək "IBSA Judo Grand Prix Heidelberg 2024" yarışında iştirak edəcək Azərbaycan paracüdoçuları bəlli olub.

Presssport.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə Vüqar Şirinli (60 kq, J2 kateqoriyası), Namiq Abaslı (73 kq, J2 kateqoriyası), İlham Zəkiyev (+90 kq, J1 kateqoriyası), Sevda Vəliyeva (57 kq, J2 kateqoriyası) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, fevralın 17-18-də keçiriləcək yarış Paris-2024 Yay Paralimpiya Oyunları üçün ikiqat reytinq xalı qazandırır.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC