Daha 2 yunan-Roma güləşçimi, Avropa çempionu oldu

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Presssport.az xəbər verir ki, Həsrət Cəfərov (67 kq) finalda rusiyalı Ruslan Biçurini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nihad Məmmədli (60 kq) isə finalda moldovalı Viktor Çiobanuna 8:3 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC