"Qarabağ" Portuqaliyadan inamlı qələbəylə dönür - YENİLƏNİB

Bu gün “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Presssport.az xəbər verir ki, Qurban Qurbanovu komandası Portuqaliyada yerli "Braqa"nın qonağı olub.

Bu, adıçəkilən turnirin pley-off mərhələsində debütümüz olub. Bunadək son 2 ildə məhz "Qarabağ"la Konfrans Liqasının pley-off mərhələsinin iştirakçısı olmuşduq. Qurban Qurbanovun komandası Braqada inamlı qələbə qazanaraq növbəti mərhələyə çıxmaq şanslarını xeyli yüksəldib.

Avropa Liqası, pley-off mərhələsi

İlk oyun

15 fevral

00:00. "Braqa" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 1:4 (2-ci hissə)

QOLLAR: S.Banxa, 44 - M.Yankoviç, 21, A.Zubir, 54, 69, O.Juninyo, 65

Baş hakim: Morten Kroq (Danimarka)

Braqa, “Estadio Municipal de Braga” stadionu

"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo

Ehtiyat oyunçular: Tiaqo, Horniçek, Serdar, Xose, N'dour, Fernandeş, Mendes, Lopes, Pizza, Cissumba, Yan Səid, Sumare

Baş məşqçi: Artur Jorje 

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov, T.Bayramov, P. Andrade, N.Axundzadə

Baş məşqçi: Qurban Qurbanov 

Xatırladaq ki, komandaların cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC