Tarixi ilkə imza atan Azərbaycan millisi Avropa çempionatında 2-ci yeri tutdu

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında 2-ci yeri tutub.

Presssport.az xəbər verir ki, güləşçilərimiz buna 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanmaqla nail olublar.

Ümumilikdə 142 xal toplayan yığmamız Avropa çempionu olan Türkiyədən cəmi 5 xal geri qalıb. Azərbaycan millisi həm də tarixində ilk dəfə qitə birinciliyində 3 qızıl medal əldə edib.

Xatırladaq ki, Avropa çempionatında Azərbaycan yığmasının heyətində Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medala sahib çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC