Almeyda Portuqaliyaya gələndə “Braqa”ya rəğbət bəsləməyə başlayıb: "Rəqib "Qarabağ"a bənzəyir, sadəcə...."

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçiriləcək matçla bağlı gözləntilərini açıqlayıb.

Presssport.az xəbər verir ki, Portuqaliya mətbuatına danışan Ağdam klubunun braziliyalı yarımmüdafiəçisi Portuqaliyaya gələndə “Braqa”ya rəğbət bəsləməyə başladığını gizlətməyib: ”Onların “Benfika”nı məğlub edərək Avropa Liqasının finalına yüksəldikləri super komanda var idi. “Braqa” “Qarabağ”ın analoqudu, sadəcə, ordakı futbolçuların maaşı bizdən yüksəkdi. Onlar çox stabildi, komandanın fəlsəfəsinə uyğun gələn çox yaxşı oyunçuları cəlb edir. Yaxşı oyunçuları olan keyfiyyətli komanda görürəm".

Almeydadan “Braqa” oyunçuları arasında seçim etməsini istəyiblər: "Bunlar Alvaro Djalo, Rikardo Orta, Bernardo Fontes, Mateus, Simon Banzadı. Mən də böyük potensiala malik Viktor Karvalyonu çox bəyənirəm. Bugünkü matça gəlincə, yaxşı oyun proqnozlaşdırıram. Və ümid edirəm ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını göstərəcəyik".

Xatırladaq ki, “Braqa” - "Qarabağ" matçı “Braqa Munisipal” stadionunda bu gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC