I Liqada lider dəyişdi - "Şamaxı" ilk dəfə zirvədə

Bu gün I Liqada XIV tura yekun vurulub.

Presssport.az xəbər verir ki, lider “Qaradağ Lökbatan” evdə gözlənilmədən uduzmaqla 1-ci pilləni əldən verib. 

Belə ki, qalib gələn “Şamaxı” eyni xala malik Lökbatan təmsilçisini topların daha yaxşı fərqinə görə qabaqlayaraq zirvədə qərarlaşıb. Bununla da şamaxılılar cari mövsümdə ilk dəfə turnir cədvəlində ilk yerə yüksəlib. 

Lökbatanlıların məğlubiyyət aldığı “Karvan” isə qış fasiləsindən sonra liderlər qrupunda qərarlaşanları - bundan əvvl MOİK-i minimal hesabla məğlub etməsiylə diqqət çəkmişdi. 
15 fevral (cümə axşamı)

"Şamaxı" - "İrəvan" - 2:0
Qollar: Abbas Ağazadə, 14, Ramin Əhmədov, 31

"Araz Saatlı" - "Zaqatala" - 1:1
Qollar: Rəvan Əvəzov, 86 - Nizami Səmədov, 42

"Qaradağ Lökbatan" - "Karvan" - 0:1
Qol: İzzət Müştaqov, 80
 

1. Şamaxı 14 8 4 2 31-13 28
2. Qaradağ Lökbatan 14 8 4 2 23-9 28
3. İmişli 14 7 5 2 20-8 26
4. MOİK 14 7 4 3 21-12 25
5. Karvan 14 7 3 4 23-15 24
6. İrəvan 14 6 2 6 19-16 20
7. Zaqatala 14 4 6 4 18-19 18
8. Mingəçevir 14 4 2 8 11-21 14
9. Difai Ağsu 14 2 1 11 12-30 7
10. Araz Saatlı 14 1 1 12 9-44 4
BOMBARDİRLƏR:
Elşad Tağıyev ("Şamaxı") - 11 qol
Emin Zamanov ("Şamaxı") - 8 qol
Peter Kinqs ("Karvan") - 6 qol
İsa Zeynallı (MOİK) - 6 qol
Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 6 qol
Xəzər Mahmudov ("İmişli") - 6 qol

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC