Abşeron Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı start götürüb.
Presssport.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da qaliblər müəyyənləşib.
Vasif Bağırov (57), Hacı Kərimov, (65 kq), Omar Gülməmmədov (74 kq), Məhəmməd Abbaszadə (86 kq) və Rəvan Musayev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Onu da bildirək ki, bu gün də sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC