Daha bir taekvondoçumuz "Turkish Open" beynəlxalq turnirində medal qazanıb

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində bürünc medal qazanıb.

Presssport.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib.

O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Xatırladaq ki, daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın gümüş medalına sahib çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC