Felipe Santos soyuqdan və küləkdən gileylənib: "Azərbaycan Premyer Liqası hətta Braziliya çempionatı qədər populyar deyil"

"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Misli Premyer Liqası və Braziliya A Seriyasını müqayisə edib.

Presssport.az "OneFootball" nəşrinə istinadə xəbər verir ki, 28 yaşlı braziliyalı yarımmüdafiəçi ölkəmizdəki durumundan da söz açıb: "Azərbaycanda adaptasiyam problemsiz keçdi. Bu ölkədəki 3-cü mövsümümdü. İki il burda oynadım, sonra İsrailə getdim və indi 2024/25 mövsümünə qayıtdım. Azərbaycan futbolu ildən-ilə inkişaf edir, yerli komandaların Avropa Liqasında çıxış etməsi ölkəyə böyük diqqət yetirir. Braziliya ilə fərq, məncə, fiziki komponentdi. Burda o, daha vacib rol oynayır. Halbuki, Braziliyada istedad daha çox qiymətləndirilir. Amma braziliyalı kimi bura bir az daha möhtəşəm futbol gətirməyə çalışıram".

Santos etiraf edib ki, Azərbaycan Premyer Liqası o qədər də populyar deyil: “Ümumilikdə xaricdə oynamaq böyük problemdi. Buradakı iqlim tamamilə fərqlidir: çox soyuqdu və tez-tez güclü küləklər əsir. Bundan əlavə, liqa digər Avropa çempionatları və hətta Braziliya çempionatları qədər populyar deyil. Ancaq bu nüansları nəzərə almasanız, Azərbaycan yaşamaq üçün çox rahat yerdi. Və Avropa futbolunda diqqəti daha çox cəlb etmək üçün yerli çempionat inkişaf etməyə davam edir”.

Xatırladaq ki, Felipe ölkəmizdə daha əvvəl “Qəbələ”də çıxış edərək heyətində Azərbaycan Kubokunun qalibi olib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC