“Neftçi” azarkeşlərinə görə ziyana düşüb

“Neftçi” azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə cərimələnib.

Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Azarkeşləri Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”lə oyun bitdikdən sonra pirotexniki vasitələrdən istifadə etdiyi üçün "Neftçi" 1500 manat cərimələnib.

Azərbaycan Kubokunda 1/4 finalın “Araz-Naxçıvan” – “Zirə” oyununda qonaqlar 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat ziyana düşüb.

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə meydan sahibləri 800 manat cərimə ödəyəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC