I Liqada çıxış edən “Qaradağ Lökbatan”ın həkimi Xəyal Alızadə 5 oyunluq cəzalandırılıb.
Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna I Liqanın XIII turunda “Mingəçevir”lə matçın 75-ci dəqiqəsində onun hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub. Bakı klubu həkiminin hərəkətinə görə 400 manat cərimələnib.
AFFA sözügedən oyunun 76-cı dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə “Qaradağ Lökbatan”ın futbolçusu Əli Kərimovu 4 oyunluq cəzalandırıb. Bununla yanaşı, klub 300 manat cərimələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC