“Adana Dəmirspor” qalmaqallı oyuna görə cəzalandırıldı

Türkiyə Super Liqasının 22-ci turunun “Qalatasaray” - “Adana Dəmirspor” matçı ilə əlaqədar qərar açıqlanıb. 

Presssport.az xəbər verir ki, bazar günü oynanılan qarşılaşmanın 12-ci dəqiqəsində baş hakim Oğuzhan Çakır qonaq komandanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb. 30-cu dəqiqədə hesab 1:0 olarkən “Adana Dəmirspor”un futbolçuları baş məşqçi Mustafa Alperlə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk ediblər. Türkiyə mətbuatının yazdığına görə, “Adana Demirspor” klub rəhbərliyinin tələbi ilə bu addımı atıb.

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Adana Dəmirspor”a texniki məğlubiyyət verib. Bundan əlavə, klubun 3 xalı silinib.

Hazırda turnir cədvəlində “Qalatasaray” 57 xalla 1-ci, “Adana Dəmirspor” isə 5 xalla 19-cu - sonuncudu. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC