Azərbaycanda oynayan legioner Berezutski haqda: "Onun böyük gələcəyi, çox güclü məşçqi olmaq imkanı var"

"Turan Tovuz"un futbolçusu Anton Kraçkovski "Sabah"ın baş məşqçisi Vasili Berezutski haqda danışıb. 

Presssport.az xəbər verir ki, rusiyalı yarımmüdafiəçi bununla bağlı öz ölkəsinin mətbuatına danışaraq həmyerlisiylə görüşə bilmədiyinə görə üzüntüsünü ifadə edib: "Təəssüf ki, Berezutski ilə göraüşmək imkanım olmadı. Nə oyundan əvvəl, nə də oyundan sonra (Misli Premyer Liqasının 22-ci turunda "Sabah" - "Turan Tovuz" matçından (2:1) söhbət açır-red.) onu gördüm. Berezutskinin çox güclü məşqçi olmaq imkanı var. O, yüksək səviyyədə oynayıb və buna görə də futbolun necə işlədiyini bilir.  Berezutskinin böyük gələcəyi var". 

Xatırladaq ki, Kraçkovski ötən ay Mahaçqala "Dinamo"sundan icarəyə götürülüb. Onun Tovuz təmsilçisi ilə müqaviləsi hazırkı mövsümün sonuna qədərdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC