Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.
Presssport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq ilk yarış günündə Azərbaycanın 12 təmsilçisi tatamiyə çıxacaq.
Kişilərdən Əhməd Yusifov, Murad Muradlı, Balabəy Ağayev (hamısı 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev, Rəşad Yelkiyev və Elşən Əsədov (66 kq) mübarizə aparacaq.
Qadınlarda Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hamısı 48 kq), Fidan Qasımova, Fidan Əlizadə (hər ikisi 57 kq) qüvvəsini sınayacaq.
Xatırladaq ki, fevralın 16-da başa çatacaq turnirdə ölkəmiz 32 idmançı ilə təmsil olunur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC