“Neftçi”nin yeni transferi nikbindi: "Həfədlərimiz var və meydana çıxaraq komanda yoldaşlarıma kömək etməyi səbirsizliklə gözləyirəm"

“Neftçi”nin yeni transferi Aleks Fernandes keçidini dəyərləndirib.

Presssport.az xəbər verir ki, 22 yaşlı braziliyalı sağ cinah yarımmüdafiəçisi öz ölkəsinin mətbuatına açıqlamasında bakılıların cari mövsümdəki hədəfləri barədə nikbin danışıb:

“Meydana çıxmağı və komanda yoldaşlarıma kömək etməyi səbirsizliklə gözləyirəm. Həm Azərbaycan Premyer Liqasında, həm də kubokunda hədəflərimiz var.

Bu da məni çox həvəsləndirir. Komanda çempionatın son 2 oyununda qələbə qazanıb.

Zəmanət verə bilərəm ki, meydanda əzmsizlik olmayacaq”.

Xatırladaq ki, Fernandes Rusiya I Liqa təmsilçisi “Baltika”dan cari mövsümün sonuna kimi icarəyə götürülüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC