“Neftçi”nin sabiq futbolçusu Reziuan Mirzov Rusiya mətbuatına müsahibə verib.
Presssport.az xəbər verir ki, “Ximki”nin 31 yaşlı cinah yarımmüdafiəçisi karyerasında üzləşdiyi hadisələri vərəqləyərək yenidən legioner həyatı yaşamaq fikrində olmadığını gizlətməyib:
“Ötən mövsüm Azərbaycanda çıxış etdim. İlk dəfə legioner həyatını 30 yaşımda “Neftçi”də keçirdim. İndi 10 yaş kiçik olsaydım, yenidən gedib Avropada oynamağa çalışardım. Ancaq çox güman ki, artıq bu, baş verməyəcək. Sadəcə olaraq, ölkə xaricinə yollanmaq istəyim yoxdu. Bu yaşda insan rahatlıq istəyir".
Mirzov karyerasının böyük hissəsini keçirdiyi çempionat haqda da təəssüratlarını bölüşüb: "Rusiya çempionatını bəyənirəm. Əla turnirdi və fikirlərim yalnız burdadı”.
Xatırladaq ki, Reziuan 2023/24 mövsümündə “Neftçi”nin formasını geyinib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC