Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir

Bu gün Azərbaycan İdman Akademiyasında “İdman tibbində diz zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlim başlayıb.

Presssport.az xəbər verir ki, təlimin ilk günündə adıçəkilən akademiyanın rəhbər heyəti və həkimlər iştirak edib.

Təlimçi Böyük Britaniyanın UCL Universitetinin professoru, Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti professor Maykl Luzmor dizin təkamülü, onun anatomiyası və diz biotexnikası barədə ətraflı danışıb.

Həmçinin britaniyalı mütəxəssis təlim iştirakçılarının suallarını cavablandırıb. 

Onu da bildirək ki, təlim fevralın 16-dək davam edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC