"Neftçi"dən məhsuldar heç-heçə, "Araz-Naxçıvan"dan 11 cavabsız qol

Yüksək Liqada II dövrənin sonuncu – 10-cu turun oyunları keçirilib. 

Presssport.az xəbər verir ki, turun açılış matçında lider "Baku Fire" 4 xal qabaqladığı ən yaxın izləyicisi "Neftçi" İK ilə üz-üzə gəlib. 

Prinsipial matçda məhsuldar heç-heçə qeydə alınıb.

Günün kinci oyunda “Şuşa” autsayder "Yasamal Bakı" ilə qarşılaşmadan qalib ayrılıb. 

Turun bağlanış matçı “Araz-Naxçıvan” üçün məşq xarakterli keçib. Fasiləyə qədər rəqib qapısından 7 cavabsız top keçirən “qırmızı-ağlar” 2-ci hissədə fərqi daha da artırıb və böyükhesablı qələbə qazanıb. 

Bu qələbə sayəsində “Araz-Naxçıvan” “Neftçi” İK ilə xallarını bərabərləşdirib və əlavə göstəricilərə görə 2-ci pilləyə yüksəlib.

15 fevral

Baku Fire – Neftçi İK 3:3
Qollar: Henrique Soares, 6:18, Paulo Henrique, 32:16, İaqo Henrique, 36:33 - Abdul Ghafar, 12:19, Emil Həsənzadə, 38:22, Tofiq Mikayılov, 39:54-öz qapısına. 

Şuşa – Yasamal Bakı 4:2
Qollar: İlham Alıyev, 2:42, 33:09, Sadegh Javiditabar, 20:20, Nüsrət Fərzəli, 24:27 - Qüdrət Qasımzadə, 13:07, Elmir Xəlilov, 39:52.

Araz-Naxçıvan – U-19 11:0
Qollar: Roman Adamov, 0:23, 3:02, 9:55, Amirhossein Rasouli, 1:53, 25:55, 36:13, Giovanny, 7:50, 11:47, Nurlan Məmmədov, 16:59, 39:47, Ülvi Əliyev, 28:10.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC