“Beşiktaş”da yeni müqavilə qeydə alınıb.
Presssport.az xəbər verir ki, İstanbul nəhəngi Mustafa Hekimoğlunun sözləşməsinin müddətini uzadıb.
Belə ki, yeni müqaviləyə əsasən 17 yaşlı hücumçu 2028-ci ilin yayına kimi "ağ-qaralar"a məxsus olacaq.
Mustafa "Beşiktaş"ın yetirməsidi. Gənc forvard bu mövsüm "Qara qartallar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Onu da bildirək ki, Türkiyə mətbuatı bir müddət əvvəl "Neftçi"nin Hekimoğlunu icarəyə götürmək istəməsi ilə bağlı xəbər yaymışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC