“Neftçi” Misli Premyer Liqasının 22-ci turunda səfərdə “Zirə”yə qalib gəlib.
Presssport.az xəbər verir ki, “ağ-qaralar” Emin Mahmudov və Ervin Koffinin son dəqiqələrdə vurduğu qollar sayəsində 2:1 hesablı qələbəyə sevinib.
Dramatik matçın yekununda 3 xal əldə edən klub fanatlarına diqqət göstərib. Belə ki, klub rəhbərliyi azarkeşlər üçün böyük tədbir düzənləyib.
Şəhərin tanınmış restoranlarından birində təşkil olnan ziyafət kifayət qədər rəngarəng keçib.
Futbolçular da tədbiri şənləndirib. Başda braziliyalı müdafiəçi Yuri Matias olmaqla, komanda üzvləri müxtəlif mahnı sədaları altında rəqs edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC