Ürfan Abbasov keçmiş məşqçisinə etdiyi üzrxahlıqdan, rəqiblərinin onlara qarşı aqressivliyindən danışıb: "Aradakı bu xal fərqinə görə bir az stressli oynayırıq, daha rahat oynasaq, daha rahat qələbələr qazana bilərik"

“Kəpəz”lə son matçda xal itkisinin əsas səbəbi ələ düşən qol fürsətlərindən istifadə edə bilməməyimiz idi. Bilirdik ki, çətin oyun olacaq. İndi bütün komandalar bizə qarşı aqressiv oynayır. Qol da vurmayanda qələbə qazana bilməzsən".

Bu fikirləri Presssport.az-a açıqlamaısnda “Araz-Naxçıvan”ın kapitanı Ürfan Abbasov deyib.

Onun sözlərinə görə, bir çoxları komandalarının 2-ci pillədə olmasını “həzm edə bilmir”: "Buna görə də dediyim kimi, bizə qarşı hamı aqressiv oynayır, hamı var-gücünü qoyur. Təbii ki, rəqibin aitsayder olanda, belə oyunlardan maksimum nəticə qazanmalıyıq. Amma bu, futboldu. Bir də görürsən ki, belə də olur".

Ürfan matçda “Kəpəz”in baş məşqçisi, “Qəbələ”də birgə işlədiyi Azər Bağırovla insidentini anlaşılmazlıq sayır: “Azər müəllimi yaxşı tanıyıram, ”Qəbələ"də məşqçim olub. Futboldu, emosiyalar oyunudu. Bəlkə də səhv məndə oldu, əsəblərimə hakim olmalıyıdım. Olmadım, belə alındı. Amma ciddi problem yoxdu. Matçdan sonra getdim yanına, qucaqlaşıb görüşdüm, üzr istədim". 

Abbasov əsas hücumçuları olan braziliyalı Ramon Maçadonun yoxluğunun da təsirini göstərdiyini gizlətmir: “Təbii ki, Maçadonun olmamağı bizə mənfi təsir göstərir. Düzdür, onun yerinə meydana çıxan oyunçular əllərindən gələni edir. Bununla belə, Ramonun yoxluğu da özünü göstərir. Bəli, ”Qəbələ"də də komanda yoldaşı olmuş Əyyu Allaş artıq bizdədi. O, komanadda yeni gəlib, bir az vaxt lazımdı ki, yeni komandasına uyğunlaşsın. Demək olar çox da məşq eləməyib son vaxtlar. Bəlkə gündən-günə düzələr".

Bu gün çətin “Turan Tovuz” səfərinə çıxacaq Muxtar Respublika təmsilçisini “Zirə” turnir cədvəlində qarabaqara izləyir. Maraqlıdı, bu, naxçıvanlı futbolçular uzun müddətdi olduqları 2-ci yeri itirmək təhlüksiylə bağlı əlavə psixoloji gərginlik yaradır?: “Elə mən də onu vurğulayardım ki, aradakı bu xal fərqinə görə bir az stressli oynayırıq. Məncə, daha rahat oynasaq, daha rahat qələbələr qazana bilərik. O stress olanda bir az çətin olur. Ardıcıl 2 turdu Qərb təmsilçiləriylə qarşılaşmalı oluruq. Bu dəfə biz daha çətin gözləyir. Çünki daha  iddialı, güclü azarkeş dəstəyinə malik olan ”Turan Tovuz" qarşısına çıxacağıq. Məqsədimiz qələbə qazanmaqdı. İndi sıx qrafikdə oynayırıq. Hazırlaşacağıq, əlimizdən gələni edəcəyik. Əlbəttə ki, kubok da bizim üçün vacibdi. İki tərfədə mübarizə aparırıq. Çalışırıq ki, hər iki tərəfdə yaxşı nəticə əldə edək".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC