"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi”yə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis “CBC Sport”a açıqlamasında Azərbaycan derbisinin əhəmiyyətindən danışıb:
"Neftçi"yə qarşı oynamaq həmişə hər bir futbolçunun gözləntisi olub. Hamı bilir ki, bu matç ölkə futbolu üçün çox vacibdir. Ölkənin iki ən böyük komandaları biri-birinə qarşı oynayır. Bu görüş hərtərəfli maraq doğurur - həm oyunçular, həm nəticə, həm azarkeşlər baxımından. Ümumən futbol mütəxəssisləri baxımından da bu oyuna diqqət həddindən artıq çox olur. Biz də çalışacağıq maksimum istifadə edək ki, futbolçularımızı matça düşündüyümüz qədər olmasa da, ona yaxın hazırlaya bilək”.
53 yaşlı mütəxəssis heyətdəki itkilərə toxunub:
"Zədəli futbolçulardan Abbas Hüseynov bir neçə ay olmayacaq. Toral Bayramov zədədən yeni qayıdıb. Kollektivlə məşq etdi, amma tam şəkildə edə bilmədi. Gedənlərdən də məlumatlısınız. İdman formasından bir az uzaq olan futbolçularımız var. Hələ ki tam optimal formada deyillər. Ancaq ümumən oyuna istədiyimiz kimi hazırlaşmağa maneçilik olmayacaq".
Qurbanov qayıdışı uğurla alınan braziliyalı yarımmüdafiəçisi Kadi Borgesin əsas heyətdə meydana çıxıb-çıxmayacağının hələ dəqiqləşmədiyini söyləyib: "Kadinin əsas heyətdə meydana çıxması həm gözlənilir, həm gözlənilmir. Demək olar ki, srağagün komanda ilə tam məşq etdi. Düzdür, hələ öz optimal formasından uzaqdır. Amma yenə də məşqlərə baxacağıq. Görsək ki, Kadinin funksionallığı yaxşıdır, onda ola bilər ki, əsas heyətdə meydana çıxsın. Fiziki məşqçilərlə, həkimlərə danışacağıq. Hər hansı bir problem görünərsə, onda ola bilər ki, əsas heyətdə çıxmasın”.
Xatırladaq ki, "Neftçi" - "Qarabağ" oyunu bu gün saat 19:00-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC