"Qarabağ"dan göndərildi, bu dəfə Rumıniya klubuna keçdi

"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabinin yeni klubu bəlli olub.

Presssport.az xəbər verir ki, fransalı vinger Rumıniyada çıxış edəcək. 

Belə ki, o, "Politexnika Yaşi"yə keçib. 

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilə bu mövsümün sonuna qədər nəzərdə tutulub.

Xatırlada ki, 28 yaşlı futbolçu 2023-24-cü illərdə “Qarabağ”da oynayıb və 33 matçda 7 qol vurub.. O, Ağdam təmsilçisini tərk edəndən sonra I Liqa təmsilçisi “Bandırmaspor”a (Türkiyə) keçsə də, orda möhkəmlənə bilməmişdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC