Güləşçilərimiz Aleksandr Medvedin xatirə turnirində 3 medal qazanıb

Azərbaycanın sərbəst güləşçiləri Belarusun paytaxtı Minskdə 3 qat Olimpiya çempionu Aleksandr Medvedin xatirə turnirində 3 medal qazanıb.

Presssport.az,Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Memorialda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 7 pəhləvan təmsil edib.

Millimizin üzvləri 1 gümüş və 2 bürünc medal qazanıb.

74 kq-da Turan Bayramovla Qadjimurad Omarov çıxış edib. Olimpiadadan sonra ilk yarışına çıxan Bayramov belaruslu Nikita Dmitriyevlə qazaxıstanlı Erbarıs Satıbaldın üzərində 8:0 hesablı qələbələrlə, Omarov isə rusiyalı İmam Qanişovla (6:1) belaruslu Yeqor Akuliniçi (6:3) üstələyərək yarımfinala yüksəlib. Turan finalın bir addımlığında rusiyalı İnalbek Şeriyevə 2:5 hesabıyla məğlub olubsa, Qadjimurad türkiyəli Fazlı Eryılmazdan güclü olub – 6:3. Bayramov rusiyalı Kantemir Senova 3:2 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb. Omarov finalda Şeriyevə uduzub (3:11) və gümüş medalı boynundan asıb.

Şamil Zubairov (92 kq) 1/8 finalda rusiyalı Mustafaqadji Malaçdibirova 4:6 hesabıyla məğlub olsa da, təsəlliverici görüşdə belaruslu Artyom İqnatyuka (13:1), bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Abdulla Qamzatova (4:3) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Əfqan Xaşalov (57 kq), Musa Ağayev (65 kq), Timur Gülmaqomedov (86 kq) və İslam İlyasov (97 kq) yarışı medalsız başa vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC