"Kəpəz"in sol cinah müdafiəçisi Turan Manafov klubun mətbuat xidmətinə açıqlama verib.
Presssport.az xəbər verir ki, "Ayın qolu" layihəsində yanvar ayının qalib olan 26 yaşlı futbolçu bununla bağlı fikirlərini bölüşüb: "Seçimdə mənə üstünlük verənlərə təşəkkür edirəm. Həmin qoldan sonra sosial şəbəkələrdə azarkeşlərdən də təbriklər alırdım. Dəyər verən hər kəsə minnətdaram. Zərbəm dəqiq alındığı üçün daha da baxımlı oldu. Uduzsaydıq, qolun ən yaxşı seçilməyinin bir mənası olmayacaqdı. Mənim üçün əsas olan komandanın qələbəsi, uğurudur. Növbəti oyunlara, qələbələrə hazırlaşırıq. Klubumuz, azarkeşlərimiz üçün yaxşı nəticələr qazanmağa çalışacağıq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC