"Neftçi" Qazaxıstan millisinin üzvünə təklif göndərib - Şotlandiya klubu da onu istəyir

"Neftçi" heyətini yeni legioner qatmağı planlaşdırır.

Presssport.az xəbər verir ki, Bakı klubunun maraq dairəsinə “Tobol” və Qazaxıstan millisinin sağ cinah yarımmüdafiəçisi İslam Çesnokov daxildi. 

Qazaxıstan mətbuatının yazdığına görə, Bakı təmsilçisi yerli kluba sərfəli təklif edib və klub da bununla razılaşıb.

Lakin hələlik futbolçu qərarını verməyib. 

25 yaşlı forvard üçün Şotlandiyanın "Harts" klubu da təklif göndərib. Lakin “Tobol” Britaniya klubunun şərtlərindən razı qalmayıb.

Hazırkı klubu ilə müqaviləsi bu ilin oktyabrında başa çatacaq Çesnokov millinin heyətində 11 oyuna çıxıb və 2 dəfə fərqlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC