"Sabah" "Tbilisi Cup"da yarımfinala yüksəldi

“Sabah”ın U-11 komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi Cup” beynəlxalq turnirində iştirak edir.

Presssport.az xəbər verir ki, təmsilçimiz qrup mərhələsində meydan sahibi ölkənin komandaları - “Saburtalo”ya məğlub olub (0:1), “Kolxeti-1913”-ə qalib gəlib (2:1).

1/4 finalda Gürcüstanın “TS Academy” komandasına qolsuz bitən matçın penaltilər seriyasında 5:4 hesabıyla qalib gələn “Sabah” yarımfinala vəsiqə qazanıb. 

"Sabah" növbəti mərhələdə “Torpedo” (Gürcüstan) ilə qarşılaşacaq. Yarımfinal mərhələsinin oyunları sabah keçiriləcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC