“Qarabağ” “Braqa”nın müdafiəsini darmadağın etdi” - UEFA-nın saytı

UEFA-nın rəsmi saytı Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Braqa”nı (4:2) məğlub etməsindən yazıb.

Presssport.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytı Qurban qurbanovun komandasını rəqib müdafiəsini darmadağın etdiyi qeyd olunub: “Abdullah Zubirin dublu “Qarabağ”ın Portuqaliyada qələbə qazanmasına kömək etdi. Marko Yankoviç penaltini dəqiq yerinə yetirərək hesabı açdı. Fasiləyə az qalmış künc zərbəsindən sonra Simon Banza hesabı bərabərləşdirdi. Lakin ikinci hissədə “Qarabağ” rəqibin müdafiəsini darmadağın etdi – Zubir iki, Juninyo isə daha bir qol vurdu. Lakin  cavab matçında çox çətin tapşırığı həll etməli olacaqlar”.

Qeyd edək ki, “Qarabağ” və “Braqa” arasında cavab matçı fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.  

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC