"Qələbəmi yenicə dünyaya gələn və mənə dayılıq hissini yaşadan bacımın qızı Gülaya həsr edirəm” - Avropa çempionumuz

Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionu olan Nihat Məmmədli (60 kq) Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Presssport.az xəbər verir ki, o, məsul yarışadək aldığı zədədən danışıb: “Allaha çox şükür edirəm. Əziyyətim yerdə qalmadı. Reytinq turnirində zədə almışdım. Bu səbəbdən Xorvatiyada keçirilən təlim-məşq toplanışından kənarda qaldım. Bakıda həm bərpa prosesi keçdim, həm də bu yarışa hazırlaşdım. Bu da çətinlik yaradırdı. Həm şəxsi, həm də komanda hesabında yaxşı nəticə göstərdik".

Nihatın sözlərinə görə, finalın ağır keçəcəyini bilirdi: "Çünki rəqibim çox təcrübəli idi. Ancaq bu görüşə yaxşı hazırlaşdığım üçün qələbə qazandım.

Qələbəmi yenicə dünyaya gələn və mənə dayılıq hissini yaşadan bacımın qızı Gülaya həsr edirəm”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC