"Gəncə"dən asan səfər qələbəsi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında XIII tura yekun vurulub.

Presssport.az xəbər verir ki, son oyunda UNEC öz meydançasında “Gəncə”ni qəbul edib.

Görüşün əvvəlindən üstün təsir bağışlayan qonaq komanda asan qələbə qazanıb - 3:0 (25:10, 25:13, 25:8).

Hazırda “Azərreyl” 33 xalla turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 29 xalla 2-ci, “Abşeron” 27 xalla 3-cü, “Gəncə” 18 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC