Millimiz BƏƏ-yə qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan kişi basketbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq görüşünə çıxıb.

Presssport.az xəbər verir ki, İstanbul şəhərində keçirilən görüşdə millimiz Birləşmiş Ərəb Əmirlikləri kollektivinə qalib gəlib.

Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv 72:57 hesabı ilə qalibiyyət əldə edib. Millimizin heyətində ən məhsuldar basketbolçu 14 xal və 4 ribaundla kapitan Amil Həmzəyev olub.

Qeyd edək ki, təlim-məşq toplanışının fevralın 21-dək davam etməsi planlaşdırılır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC