Zubirə Almaniya və Fransadan transfer marağı - Şotlandiyanın məşhur klubu da bu sırada

Avropa klubları “Qarabağ”ın fransalı futbolçusu Abdullah Zubir ilə maraqlanırlar.

Presssport.az xəbər verir ki, söhbət Aımaniya “Auqsburq”u və Şotlandiya “Seltik”indən gedir.

Bu klublar 33 yaşlı fransalı vingeri yayda heyətlərinə qatmaq haqda düşünürlər. Zubirin Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə səfər matçında (4:2) 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalması “Auqsburq”la “Seltik”in diqqətini çəkib.

Eyni zamanda, Fransa Liqa 1-də çıxış edən bir klubun da ona maraq göstərdiyi bildirilir.

Xatırladaq ki, Abdullah 2018-ci ilin yayından çıxış etdiyi “Qarabağ”la müqavilə müddəti cari mövsümün sonunda başa çatır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC