"Araz-Naxçıvan"ın bombardirindən 25-ci qol

“Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.

Presssport.az xəbər verir ki, 29 yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XXIII turuna təsadüf edib.

“Səbail”lə səfər görüşündə (2:2) dubla imza atan naxçıvanlıların cari çempionatdakı bombardiri öncə 25-ci, ardınca 26-cı qolunu vurub. Orxan çempionatda keçirdiyi 144-cü matçda 25 qol həddini keçib.

Əliyev bu qolları üç klubda vurub. O, “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 3 dəfə fərqlənib. Orxan Azərbaycan çempionatları tarixində ən azı 25 qol vuran 124-cü futbolçudu. .

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC