"Qarabağ"ı keçmək üçün hər şeyə sahibik" - "Braqa"ya son turda qələbə qazandıran

"Bu, komandaya kömək edə bildiyim üçün çox vacib bir qol idi. Çox güclü və çox yaxşı təşkil olunmuş komanda ilə oyunda yenidən qalib gəlməyi bacardıq".

Presssportaz xəbər verir ki, bu sözləri "Braqa"nın futbolçusu Şer N'dour Portuqaliya çempionatının son turunda ötən gecə "Farense"yə qalib gəldikləri (2:1) oyundan sonra deyib

Müqavilə ilə PSJ-yə məxsus olan və qış fasiləsində icarəyə verilən "Braqa"da çıxış edən italiyalı yarımmüdafiəçi oyunda qələbə topunun müəllif olub. Şer Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la keçiriləcək cavab matçı haqda da fikirlərini bildirək, indi dincəlmək, məşq etmək və "Qarabağ"la oyuna hazırlaşmaq vaxtının olduğunu söyləyib: "Hər şeyi xeyrimizə çevirmək və növbəti mərhələyə keçmək üçün lazım olan hər şeyə sahibik. Qələbə ruhunu qaytarmaq vacib idi. Biz hamımız sona qədər birlikdə əziyyət çəkdik və bu belə də davam edəcək”.

Xatırladaq ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Braqa" görüşü saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC