"İnanırıq ki, "Qarabağ"a qalib gəlib 1/8 finala yüksələ bilərik" - "Braqa"nın 41 yaşlı müdafiəçisi

"Braqa"nın futbolçusu Joze Fonte Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşıdakı cavab oyunundan danışıb.

Presssport.az bu ölkənin mətbuatına stinadən xəbər verir ki, Portuqaliya millisinin sabiq üzvü Ağdam təmsilçisini məğlub edəcəklərinə və mərhələ adlayacaqlarına inandığını söyləyib: "Qarabağ"la ilk matçda pis oynadıq. Çox mürəkkəb vəzifəmiz var. Amma həqiqətən inanırıq ki, Bakıda qalib gələ və bununla 1/8 finala vəsiqə qazana bilərik. Gəlin, buna hazırlaşaq".

41 yaşlı mərkəz müdafiəçisi uğursuz nəticələrdən sonra azarkeşlərə sevinc bəxş etmək istədiklərini söyləyib: "Aydındır ki, heç kim uduzmağı sevmir. "Braqa" da həmişə qalib gəlmək istəyir. Bu, həmişə mümkün olmur. Lakin azarkeşlərimiz bizə güvənir və onlara sevinc bəxş etmək üçün qələbə qazanmalıyıq".

Xatırladaq ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Braqa" görüşü saat 21:45-də başlayacaq. Portuqaliyadakı görüş ağdamlıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC