"Qarabağ"la cavab matçında son dəqiqəyə qədər mübarizə aparacağıq ki, hesabı xeyrimizə dəyişək" - "Braqa"nın baş məşqçisi

"Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının son turunda ötən gecə "Farense"yə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək cavab matçı ilə bağlı da fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, liqada yenidən qalib gəldiklərini, inam və motivasiya səviyyələrini artırmaq vacib olduğunu deyib: "Əlbəttə, "Qarabağ"la oyuna fərqli əhval-ruhiyyədə yollanacağıq. Artıq diqqətimizi Bakıdakı oyuna yönəltməyə başlayacağıq. Son dəqiqəyə qədər mübarizə aparacağıq ki, hesabı xeyrimizə dəyişək". 

Xatırladaq ki, “Qarabağ” səfərdə 4:2 hesabıyla məğlub etdiyi “Braqa”nı fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də qəbul edəcək. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC