"4:2 orda udan komandanın əlinə şans düşür yeni tarix yazsın və bunu əlindən qaçırasan - adama qəribə gəlir"

“O ab-hava həqiqətən çox möhtəşəm idi. Təşəkkürümü də bildirdim, sosial şəbəkədə də paylaşdım ki, doğrudan hər şey çox super idi - ideya, təşkilatçılıq, atmosfer…Yaxınlar, doğmalar, hamı bir yerdə idi, hamı bir ağızdan “Qarabağ” qışqıqırdı. Belə futbol izləmişəm uşaqlarla, amma açığı, belə ortamda yox. Doğrudan adama çox maraqlı gəldi. Hər bir şey elə təşklil olunmuşdu ki, çox yüksək səviyyədə idi. “Qarabağ”ın qələbəsi də gecəni super tamamladı ki, hamı yüksək-əhval ruhiyyədə getdi evlərinə yatmağa”.

Bu fikirləri Presssport.az-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov deyib.

Keçmiş komandasının Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa”ya 4:2 hesabıyla qalib gəldiyi matçı “Misli” və PFL-in təşkilatçılığıyla futbol ictimaiyyətinin nümayəndələriylə birgə izləyən veteran yarımmüdafiəçi hələ də xoş təəssüratların əhatəsindədi. Əfran üçün də "Qarabağ"ın belə inamlı qələbəsi, 4 qol vurmaqla buna nail olması gözlənilməz olub: “Açıq deyirəm, “CBC Sport”da 1 ay əvvəl çıxışımda demişdim ki, nə olur-olsun, ”Qarabağ"a ümidim çoxdu, uduzmağını heç fikirləşmirəm, qələbə düşünürəm. Bəli, heç-heçə də bizim üçün uğurlu nəticədi. Amma bu qədər rahat şəkildə 4 qol vuracağını fikirləşmirdim. Düşünürdüm ki, 1:0, 1:1, 2:1 qurtara bilər oyun. “Qarabağ” avrokuboklarda yetərincə oynayıb, yetərincə də çox güclü rəqiblərə qarşı. Həqiqətən Avropada böyük təcrübəsi var. Bəli, səfər ağır idi, bəli, "Braqa" köklü klubdu. Lakin belə rahatlıqla bu qədər qolu vuracağını fikirləşmirdim, bunu gözləmirdim. Gördüm ki, gözlədiyimdən də qat-qat yaxşı çıxış elədi, şanslardan maksimum yararlandı. Bəli, elə epizodlar da oldu ki, hakim fərqli qərar da verə bilərdi. Amma sağ olsun, doğrusunu verdi. Hesabın belə olması bizim üçün əlavə üstünlükdü. Ümumi götürəndə, "Qarabağ" həqiqətən mükəmməl oynadı. Hətta 5-ci qolu vurub dueli bitirə bilərdi. Lakin vura billmədi və fərq 2 topdu. Hələ heç nə bitməyib. Bakıda bizi oyunun davamı gözləyir və “boşalmaq” olmaz. Əlbəttə ki, şans real olaraq çoxdu. Bu, yüz faiz belədi. Görünən budu ki, 4:2 orda udan komandanın əlinə şans düşür yeni tarix yazsın və bunu əlindən qaçırasan - adama qəribə gəlir. Amma yenə də bu, futboldu, ola bilər oyun fırlanıb gəlib başqa cür keçsin. İnanmıram ki, Qurban müəllim komandanın “boşalmasına” imkan verər. Elə bir vəziyyətdi ki, növbəti tarixi yazmaq olar və buna görə çox ciddi hazırlaşacaqlar. Üstəlik, son turda oynamayıb, sırf Avroliqaya hazırlaşırlar. Qurban müəllim bilir ki, belə vəziyyətdə futbolçuları necə hazırlamaq lazımdı, yetərincə təcrübəsi var. Eləcə də futbolçuların. Əsas odur ki, “boşalmayaq”, çox ciddiyə almaq lazımdı. Fikirləşmək lazım deyil ki, səfərdə 4:2 udmuşuq, vəssalam, iş bitdi. Yalnız onu fikirləşmək lazımdı ki, bu tarixi şansı əldən buraxmaq olmaz".

İsmayılovun sözlərinə görə, oyunu izləyə-izləyə vaxtilə milli səviyyəsində oynadığı “Braqa”nın stadionuna virtual səfər edib: “Yadıma gəlir, onda çox yaxşı oyunumuz olmuşdu. Ronaldonun dəli olan vaxtları idi - bizə qol vura bilmədiyinə görə. Portuqaliya yığmasının da çox yaxşı vaxtları idi. Dözdük-dözdük, ilk hissədə qol buraxmadıq, ikinci hissədə qapımızda 3 top gördük. Möhtəşəm stadiondu, möhtəşəm ab-havası var. Bunu heç vaxt heç kim danmır. Amma irəli getmək, nəticə qazanmaq istəyirsənsə, heç bir ab-havaya fikir verməyib futbol oynamaq lazımdı. “Qarabağ” da bunu edərək layqli qələbə qazandı. Açığı, bu da mənə maraqlı gəldi niyə bu qədər az adam vardı həmin gün ”Braqa"nın ev matçında. Əsas odur ki, çempionumuz əlinə düşən şanslardan maksimum yararlandı və bu, nəticəyə təsir göstərdi. “Braqa” yenə güclü komandadı. Amma o dərəcədə deyil ki, çıxıb “Qarabağ”a rahat 3-4 qol vursun. Belə baxanda, kimdi ki “Braqa”? “Tottenhem”, "Çelsi", ən yaxşı vaxtlarında “Monako” bunu deməyib. “Braqa” gəlib bunu deyirsə, deməli, başından yuxarı danışırlar və buna görə cəzalandırıldılar ki, o komanda deyilsən. “Qarabağ” da yetərincə təcrübəyə malikdi, futbol oynamağı bacarır və açıq şəkidlə desək, rəqibindən daha yaxşı futbol oynadı. Özləri də deyirlər ki, heç-heçəyə də layiq deyildik. Həqiqətən də belədi. "Standart"dan və sonda penaltidən qol vurdular. “Qarabağ” kimi yüzfaizli şansları olmadı". 

  •  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC