Şeydayevin yeni baş məşqçisi bəlli oldu

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor"un yeni baş məşqçisi bəlli olub.

Presssport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanı Mustafa Gürsel çalışdıracaq.

Bu gün yeni baş məşqçinin iştirakıyla klubun stadionunda imza mərasiminin təşkil ediləcəyi qeyd olunur. Gürsel bu vəzifdə Ertuğrul Sağlamı əvəzləyəcək.

Onu da bildirək ki, "Kocaelispor" hazırda I Liqada 43 xalla 3-cü pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC