"Napoli" millimizin rəqibinin baş məşqçisini "sükanı arxası"na gətirdi

"Napoli"də baş məşqçi dəyişikliyi reallaşıb.

Presssport.az xəbər verir ki, A Seriyası təmsilçisində Valter Matsari ilə yollar ayrılıb.

Bu barədə Neapol klubunun mətbuat xidməti məlumat yayıb. Komandanın “sükanı arxası”na slovakiyalı mütəxəssis Françesko Kaltsona gətirilib. Təcrübəli mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi nəzərdə tutulub.

Kaltsona eyni zamanda Slovakiya yığmasına rəhbərlik edəcək. “Napoli”nin əfsanəvi futbolçularlndan olmuş Slovakiya millisinin 37 yaşlı kapitanı Marek Hamşikin qayıdaraq Kaltsonanın köməkçisi olacağı gözlənilir.

Xatırladaq ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında qrupda Slovakiya, Estoniya və İsveçlə birgə mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC