"Braqa" bu axşam Bakıda olacaq - nə qədər azarkeş və jurnalist gətirir?

Portuqaliyanın "Braqa" klubunun Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi cavab oyunu üçün səfər proqramı bəllidi.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Presssport.az-a verdiyi məlumata görə, Artur Jorjenin komandası bu gün axşam saatlarında - saat 23:00 radələrində Bakıda olacaq. Komanda paytaxtımızda “Hilton” otelində qalacaq. 

Sabah isə “Qarabağ”ın rəqibi Bakıda məşq edəcək. Bu, cavab görüşünün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 

“Braqa” rəhbərliyi Bakıya azarkeş də gətirəcək. Bunun üçün portuqaliyalılar “Qarabağ”dan 100 bilet istəyiblər. Bundan əlavə, həmin ölkədən 3 jurnalist oyun üçün akkreditasiyadan keçib. 

Qeyd edək ki, “Qarabağ" - "Braqa" cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC