"Barselona" millimizin sabiq futbolçusu üçün 100 milyon avro ayırdı

"Barselona" yayda "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyanı transfer etməyi planlaşdırır.
Presssport.az xəbər verir ki, Kataloniya klubu 23 yaşlı gürcüstanlı sol cinah yarımmüdafiəçinin keçidi üçün 100 milyon avroluq büdcə ayıracaq. 

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Kvaratsxeliya bu mövsüm 31 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun "Napoli" ilə müqaviləsi 2027-ci ilin yayınadəkdi.

Xatırladaq ki, Xviça millimizin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludu. 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC